...

"SƏRHƏDSİZ HƏKİMLƏR" AZƏRBAYCANIN ŞİMAL-QƏRB RAYONLARINDA ÖNCƏDƏN APARILMIŞ İŞLƏRİN NƏTİCƏLƏRİNİ YOXLAYACAQ

Cəmiyyət Materials 29 Sentyabr 2005 20:36 (UTC +04:00)

"Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatının mütəxəssisləri Azərbaycanın şimal-qərb rayonlarında boğaz uru xəstələrinin müayinə və müalicəsi üzrə indiyədək aparılmış işlərin nəticələrini yoxlayacaq.

Yunanıstanın Azərbaycandakı səfirliyində Trend ə bildirilib ki, oktyabrın 3-də təşkilatın 15 nəfər həkim və endokrinoloq-mütəxəssisdən ibarət nümayəndə heyəti Azərbaycana gələcək.

Səfər çərçivəsində onlar Azərbaycanın Şəki, Zaqatala, Qax və Oğuz rayonlarına gedəcək və orada bu xəstəlikdən əziyyət çəkən yerli əhalini müayinə edəcək.

Həmin insanlara bundan öncə təşkilatın xüsusi proqramlarının gerçəkləşdirilməsi çərçivəsində müxtəlif tibbi yardım göstərilib.

Xəstələrə pulsuz dərmanlar paylanacaq.

Xatırladaq ki, "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatı 1999-cu ildən tibbi xidmətlərə ehtiyacı olan aztəminatlı şəxslərə yardım göstərir.

Təşkilatın gerçəkləşdirdiyi proqramlar çərçivəsində Azərbaycanda minlərlə uşaq və böyük müxtəlif tibbi yardım alıb.

Xəbər lenti

Xəbər lenti