...

ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRLİYİ 2006-2007-Cİ İLLƏRDƏ FULBRAYT TƏQAÜD PROQRAMINI ELAN EDİR

Cəmiyyət Materials 7 Oktyabr 2005 12:41 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyi 2006-2007-ci illərdə Fulbrayt təqaüd proqramını elan edir. Bu barədə Trend ə səfirlikdən məlumat verilib.

Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşir və azərbaycanlı alim, tədqiqatçı və professorlara ABŞ-da 3 aydan 10 aya kimi elmi tədqiqatlarla məşğul olmaq imkanı verir.

Bu vaxta kimi proqramda 35-ə yaxın azərbaycanlı alim iştirak edib.

Fulbrayt proqramına kənd təsərrüfatı, arxeologiya, incəsənət, kimya, biologiya, təhsil, memarlıq, iqtisadiyyat, tarix, jurnalistika, hüquq, ətraf mühit, tibb və digər elmi sahələr daxildir.

Ərizələr ABŞ-ın Azərbaycandakı səfirliyində, Bakı şəhəri, Azadlıq prospekti, 83 ünvanda qəbul olunur. Ərizələrin son qəbul tarixi 18 noyabr 2005-ci ildir.

Xəbər lenti

Xəbər lenti