...

Azərbaycan akrobatları Avropa çempionatında dördüncü olub

Cəmiyyət Materials 19 Oktyabr 2005 15:27 (UTC +04:00)

Azərbaycanın iki akrobatı Ayla Əhmədova və Dinarə Abbasova Salonikdə başa çatmış Avropa çempionatında dördüncü yeri tutub.

Milli Federasiyanın mətbuat xidmətində Trend ə bildirilib ki, təsnifatın yekunlarına əsasən cütlük 82.75 xalla ikinci yeri tutub. Amma final oyunlarında etdikləri səhvlər qızların dördüncü yerlə kifayətlənməsinə səbəb olub və onların yekun nəticələri 27.88 xal təşkil edib.Rusiyalılar Avropa çempionu olub, Polşa ikinci, Böyük Britaniya isə üçüncü yeri tutub.

Yeniyetmələrin turnirində çıxış edən Rüstəm Nəcəfquliyev, Vüqar Əhmədov, İlham Abbasov və Fərid Məmmədovdan ibarət kişi qrupu da ilk yerlərə yaxın olub.Əsas proqramın bütün üç oyununu yerinə yetirən akrobatlarımız 85.25 xal toplayıb. Onlar birincilik sahiblərini və Litvanın ənənəvi güclü komandasını geridə qoyaraq dördüncü yeri tutub. Qızıl medalın sahibləri yenə də Rusiya akrobatları olub.İkinci yerə Böyük Britaniya, üçüncü yerə isə Bolqarıstan akrobatları çıxıb.

Xəbər lenti

Xəbər lenti