...

Daryus Lukminas: "Ural-Qreyt" bizdən güclü oldu

Cəmiyyət Materials 25 Noyabr 2005 15:02 (UTC +04:00)

"Rəqib bütün maddələr üzrə bizdən daha güclü idi. Nəticələr də bunu aydın göstərir". Bunu "Qala" komandasının lideri Daryus Lukminas Permdə keçirilən "Challenge Cup" yarışlarının yekun qrup matçında "Ural-Qreyt" komandasına (78:112) uduzmanın səbəblərini şərh edərkən bəyan edib.

Trend in məlumatına görə, müdafiəçi Azərbaycan çempionunun hesabat matçında bacardığı qədər oynadığını qeyd edib. Bu qiymətlə komandanın məşqçisi Rimas Kurtinaytis də razılaşıb və qeyd edib ki, onun yetirmələri hələ belə ciddi rəqiblərlə qarşılaşmağa hazır deyillər, zametiv, çto eqo podopeçnıe ehe ne qotovı soperniçatğ s takimi serğeznımi sopernikami. "Əgər püşkatmada bəxtimiz gətirsəydi və biz finlərlə və islandlarla bir qrupa düşsə idik, onda bizim şansımız olardı. Lakin biz "Ximik" və "Ural-Qreyt"lə oynamalı olduq və mən əminəm ki, onlar Kubokun finalında qalib gələcəklər", -deyə mütəxəssis qeyd edib.

Xatırladaq ki, qrup mərhələsinin 4 matçında "Qala" yalnız bir dəfə doğma divarlar arasında Ukraynanın "Ximik" komandasına qalib gəlib.

Xəbər lenti

Xəbər lenti