...

Ağacan Əbiyev: Amerika boksçuları qisas almaq əhval-ruhiyyəsindədirlər

Cəmiyyət Materials 2 Dekabr 2005 12:58 (UTC +04:00)

"Biz ABŞ komandasına qarşı görüşləri o qədər də çox tez-tez keçirmədiyimiz üçün onlara qarşı ikinci heyət çıxarmırıq". Bu barədə Trend ə Milli Federasiyanın prezidenti Ağacan Əbiyev Azərbaycan yığmasının dekabrın 4-də Çikaqoda amerikalılarla keçiriləcək görüşü ərəfəsində bildirib.

O qeyd edib ki, ölkə boksçuları Çindəki dünya çempionatına hazırlıqların zirvəsində olsalar da, komanda qarşıdakı yarışda iştirak etmək əzmindədir. Özü də ötən il Bakıda keçirilən matçda rinqin sahibi inamlı qələbə qazana bilmişdi. "Son vaxtlar yeniləşmiş yığma müəyyən irəliləyiş əldə edib. Eyni zamanda amerikalılar da hazırlıq planına malikdirlər. Ona görə də, ABŞ komandasının revanş götürməyə çalışdığı bu döyüşləri izləmək maraqlı olacaq", - deyə sonda A.Əbiyev bildirib.

Xəbər lenti

Xəbər lenti