...

Azərbaycan Həbsxanalarında Vərəmlə Mübarizə Proqramının 10 illiyi qeyd olunub

Cəmiyyət Materials 6 Dekabr 2005 15:16 (UTC +04:00)
Azərbaycan Həbsxanalarında Vərəmlə Mübarizə Proqramının 10 illiyi qeyd olunub

Dekabrın 6-da Bakı şəhərində Azərbaycan Həbsxanalarında Vərəmlə Mübarizə Proqramının 10 illiyi qeyd olunub. Trend məlumat verir ki, bu münasibətlə xarici səfirliklərin və təşkilatların, yerli dövlət qurumlarının rəhbərlərinin qatıldığı tədbir Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Beynəlxalq Qırmızı Xaç Komitəsininin Azərbaycan üzrə Nümayəndəliyinin təşəbbüsü ilə mərasim keçirilib.

Tədbirdə çıxış edən nazir Fitkrət Məmmədov qeyd edib ki, hər il dünyada 2 milyon insan vərəm xəstəliyindən vəfat edir və 8 milyon adam bu xəstəliyə yoluxur. Nazir təəssüflə qeyd edib ki, qarşısının alınmasına baxmayaraq, bu xəstəlik Azərbaycanda da mövcuddur.

"Erməni təcavüzü nəticəsində əhalinin 1 milyondan çoxunun qaçqın və köçkün vəziyyətinə düşməsi, 1990-cı illərin əvvəlində iqtisadiyyatın iflic vəziyyətinə düşməsi, sosial problemlər bu xəstəliyin yayılmasına əsas səbəb olub. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hər sahədə olduğu kimi bir çox yoluxucu xəstəliklərə qarşı da mübarizə gücləndi", deyə nazir söyləyib.

F.Məmmədov qeyd edib ki, Azərbaycanda vərəmin geniş yayıldığı bir vaxtda - 1995-ci ilin may ayında Ədliyyə Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı Mərkəzi Penitensiar Xəstəxanada 300 xəstəni müalicə ilə təmin etmək məqsədilə layihə hazırlayıb. 1998-ci ilin iyulunda Ədliyyə Nazirliyi tərəfindən yenidən bərpa edilmiş Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsi yaradılıb və penitensiar sistemdə vərəmin müalicə olunduğu mərkəzi bir müəssisəyə çevrilib. İndi bu müəssisə 1000 nəfərə xidmət göstərmək imkanına malikdir.

Nazir çıxışının sonunda Azərbaycanda vərəmli məhkumların müalicəsi sahəsində xidmətlərinə görə Beynəlxlq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti