...

Namiq Abdullayev gələn mövsümdə də mübarizə aparmaq niyyətindədir

Cəmiyyət Materials 7 Dekabr 2005 12:29 (UTC +04:00)

"Olimpiya çempionu Namiq Abdullayev peşəkar karyerasını başa vurmaq niyyətində deyil". Bu barədə Trend ə Milli Güləş Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanov bildirib.

O qeyd edib ki, hazırda pəhləvan milli çempionata hazırlaşır. Çempionatın yekunları üzrə gələn mövsümə yığmanın tərkibi müəyyən ediləcək. "Namiq də mübarizəni davam etdirmək istəyir. Bunu isə yalnız alqışlamaq olar. Əslində atletin yaşı yox, onun hazırlıq səviyyəsi vacibdir. Namik dəfələrlə nüfuzlu yarışlarda öz bacarığını sübut edib", - deyə C.Qurbanov bildirib.

Lakin N.Abdullayev əvvəlcə ölkə birinciliyində uğurla çıxış etməlidir. Yalnız bundan sonra onun yığmada gələcək perspektivlərindən danışmaq olar.

Xəbər lenti

Xəbər lenti