...

Axtarışda və həbsdə olan OMON-çularla bağlı siyahı Prezident Yanında Əfv Komissiyasına təqdim olunacaq

Cəmiyyət Materials 7 Dekabr 2005 13:28 (UTC +04:00)

Dekabrın 14-də OMON-çuların Hüquqlarını Müdafiə Komitəsi tərəfindən axtarışda və həbsdə olan OMON-çuların siyahısı Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasına təqdim olunacaq. Bu barədə Trend ə Komitənin rəhbəri Famil Süleymanov məlumat verib.

"OMON-çulardan 4 nəfəri ömürlük, 15 nəfəri 15 ilə qədər məhkum edilənlər, 4 nəfəri isə həbsli axtarışda olanlardır. Əfv Komissiyasına müraciətdə ömürlük həbsdə olan OMON-çular barədə məhkəmə hökmünün dəyişdirilməsi və cəzalarının yüngül cəza ilə əvəz edilməsi, barələrində 15 illik həbs cəzası olan məhkumların cəzanın çəkilməmiş hissəsindən azad olunması, axtarışda olan OMON-çuların isə cinayət işinə xitam verilməsi xahiş olunur. Siyahı həmin OMON-çuların valideynlərinin Komitəyə müraciəti əsasında hazırlanıb", - deyə Komitə sədri söyləyib.

F.Süleymanov onu da bildirib ki, indiyə qədər OMON-çuların çox hissəsi eks-prezident Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin humanistliyi sayəsində azadlığa çıxıb. Komitə sədri bu dəfəki müraciətin də müsbət həllini tapacağına əmin olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti