...

Məhkəmə Samux rayon sakinlərinin iddiasını rədd edib

Cəmiyyət Materials 12 Dekabr 2005 18:03 (UTC +04:00)

Apellyaisya Məhkəməsi Samux rayonu sakinlərinin yerli icra orqanlarının rəhbərləri ilə bağlı qaldırdıqları iddianı rədd edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsnin mətbuat xidmətindən məlumat verilib.

Sakinlər məhkəməyə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi zamanı onlara dəymiş maddi ziyanla bağlı ödənilməli olan kompensasiyaların yeri icra orqanlarının rəhbərləri tərəfindən mənimsənilməsi ilə bağlı müraciət ediblər. BTC-nin tikintisi zamanı rayon sakinlərinin torpaqları BP şirkəti tərəfindən icarəyə götürülüb. Lakin bunun müqabilində sakinlərə ayrılmış kompensasiya yerli icra orqanları tərəfindən mənimsənilib. Bununla bağlı yerli məhkəmə qarşı tərəfin xeyrinə qətnamə çıxarıb. Qətnamədən narazı qalan sakinlər qərardan apellyasiya şikayəti veriblər. Lakin apellyasiya instansiyasında iş materialları araşdırılaraq qərara alınıb ki, ilkin məhkəmə qərarı qüvvəsində saxlanılsın.

Sakinlər Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Xəbər lenti

Xəbər lenti