...

İsveç ölkədən mühacirət probleminin əlaqələndirilməsi ilə bağlı Azərbaycana yardım göstərəcək

Cəmiyyət Materials 13 Dekabr 2005 14:28 (UTC +04:00)

İsveç Azərbaycana ölkədən mühacirət probleminin əlaqələndirilməsində yardım göstərəcək. Bu barədə Trend ə məlumat verən Azərbaycan Nazirlər Kabinetinin qaçqınlar və məcburi köçkünlərin problemləri, mühacirət və beynəlxalq təşkilatlarla iş üzrə şöbənin müdiri Qurban Sadıqov qeyd edib ki, belə niyyətlə İsveç hökumətinin mühacirət və bu ölkədə sığınacaq verilməsi üzrə naziri Barbro Holmberq Azərbaycana səfəri zamanı çıxış edib.

Q.Sadıqovun sözlərinə görə, mühacirət problemi ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın problemidir və ölkələr bu məsələdə qarşılıqlı fəaliyət göstərməlidirlər. Azərbaycan bu məsələdə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyə hazırdır. O bildirib ki, iki ölkə mühacirət proseslərinin nizamlanması sahəsində, Azərbaycanın hüquq bazasının yeniləşməsində, eləcə də Azərbaycandan İsveçə mühacirət problemlərini əlaqələndirilməsində sıx əməkdaşlıq edə bilər. Nazirin səfəri çərçivəsində əməkdaşlığını konkret istiqamətləri müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti