...

"AzərReyl" gərgin matçda "Kalisiya"nı uddu

Cəmiyyət Materials 15 Dekabr 2005 20:46 (UTC +04:00)

"AzərReyl" qadın voleybol klubu Bakıda Çempionlar Liqasının növbəti qrup mərhələsində 3:2 hesabı ilə Polşanın "Kalisiya" komandasına qalib gəlib.

Trend in məlumatına görə, birinci partiyanın əvvəlində "AzərReyl" görüşün gedişinə nəzarət etsə də, sonda öz səhvi ucbatından bu mövqeyi əldən verir. Beləliklə, birinci partiya polyakların xeyrinə 26:24 hzesabı ilə başa çatır.

İkinci partiyada meydan sahibləri xeyli irəli gedərək partyianı 25:15 hesabı ilə başa vuraraq partiyalar üzrə hesabı bərabərləşdirirlər.

3-cü partiyada polyaklar görüşün gedişini öz xeyirlərinə dəyişə bilirlər və 25:23 hesabla partiyanı başa vururlar.

Matçın 4-cü partiyası bakılıların xeyrinə 25:19 hesabla başa çatır.

Xəbər lenti

Xəbər lenti