...

"AzərReyl" ispanlara məğlub olub

Cəmiyyət Materials 22 Dekabr 2005 11:07 (UTC +04:00)

"AzərReyl" klubunu təmsil edən Azərbaycan voleybolçuları Avropa çempionlar liqasının matçında İspaniyanın "Marişal" komandasına 0:3 hesabla məğlub olub (19:25, 14-25, 15-25) son iki partiyanın nəticələrinə görə, voleybolçularımız ispanlarla rəqabətə girə bilməyib.

Trend in xəbər verdiyi kimi, bu, yarımqrupda "AzərReyl"in ikinci məğlubiyyəti idi.

İtaliyanın "Pallavolo Sirio" klubu heç bir çətinlik çəkmədən Zaqrebin "Mladost" klubuna qalib gələrək yarımqrupda liderliyi əldə edib.

Dekabrın 22-də Polşada yerli "Kalisiya" və Türkiyənin "Vaqifbank" klubları arasında matçdan sonra "AzərReyl"in qrupda ikinci yeri saxlaya biləcəyi və ya onu türklərlə bölüşdürəcəyi məlum olacaq.

Xəbər lenti

Xəbər lenti