...

Misirin səhiyyə naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 27 Dekabr 2005 12:37 (UTC +04:00)

2006-cı ilin birinci rübündə Misirin səhiyyə naziri Avad Tacuddin Azərbaycana səfər edəcək. Bu razılaşma Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə Misirin səhiyyə naziri ilə danışıqların gedişində əldə olunub. Bu barədə Trend məlumat verir.

H.Babayev nazirə Azərbaycana səfər etmək barədə dəvətnaməni Azərbaycan hökuməti və Səhiyyə Nazirliyi adından verib. Misirli nazir A.Tacuddin dəvətnaməni məmnuniyyətlə qəbul edib və bu səfəri 2006-cı ilin ilk aylarında həyata keçirəcəyini bildirib. O qeyd edib ki, onunla birlikdə Azərbaycana tərkibində Misirin səhiyyə və əczaçılıq sahələrində çalışan iş adamlarından ibarət nümayndə heyəti də gələcək.

Görüş zamanı nazirlər səhiyyə, əczaçılıq, vaksin preparatlarının istehsalı, ailə sağlamlığı, yoluxucu xəstəliklərlə mübarizə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər və 2006-cı ilin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olacağını qeyd ediblər.

Xatırladaq ki, görüş H.Babayevin Azərbaycan-Misir birgə iqtisadi əməkdaşlıq komissiyasının 2-ci iclasının keçirildiyi Qahirəyə səfəri çərçivəsində baş tutub.

Xəbər lenti

Xəbər lenti