...

"Bakı" Albaniya yığmasının yarımmüdafiəçisini transferə çıxarıb

Cəmiyyət Materials 19 Yanvar 2006 12:29 (UTC +04:00)

"Futbol üzrə ölkə kubokunun sahibi "Bakı" Albaniya yığmasının yarımmüdafiəçisi Suad Licini transferə çıxarıb.

Komandanın mətbuat xidmətindən verilən məlumata görə, oyunçu məzuniyyətdən vaxtında geri qayıtmadığı üçün onun komandadan uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib. Ola bilsin ki, yarımmüdafiəçi Tirananın "Vlajniya" komandasında fəaliyyətini davam etdirəcək və o, artıq bu yığmanın tərkibində məşqlərə başlayıb. Lakin albanlar "Bakıya" rəsmi təkliflə müraciət etməyib. Futbolçu ilə bağlanmış müqavilənin müddəti isə iyulun 1-də bitir.

Xəbər lenti

Xəbər lenti