...

Azərbaycanda dizel yanacağının qiymətinin artırılması ilə bağlı ağacların daha çox kəsilməsi müşahidə edilmir

Cəmiyyət Materials 26 Yanvar 2006 20:23 (UTC +04:00)

Azərbaycanda dizel yanacağının pərakəndə satış qiymətinin artırılması ilə bağlı ağacların daha çox kəsilməsi müşahidə edilmir. AR ekologiya və təbii sərvətlər nazirliyində Trend ə bildirilib ki, 2005-ci ilin yanvarı ilə müqayisədə ağacların daha çox kəsilməsi faktları yoxdur.

Eyni zamanda nazirlik gücləndirilmiş rejimdə işləyir, meşə təsərrüfatlarında növbətçi sistemi yaradılıb və müəyyən edilmiş qaydalara riayət etməyənlərə qarşı cərimə tətbiq olunur.

Ekologiya nazirliyində həm də qeyd olunub ki, ağacların kəsilməsi faktı əsasən qış mövsümündə elektrik enerjisində məhdudiyyətlərlə bağlı olaraq ölkənin dağlıq və dağətəyi regionlarında müşahidə edilir.

Xəbər lenti

Xəbər lenti