...

Səhiyyə Nazirliyi dərman preparatlarının qiymətləri üzərində nəzarəti sərtləşdirir

Cəmiyyət Materials 4 Fevral 2006 13:32 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyinin İnnovasiya və Təminat Mərkəzi ölkədə dərman preparatları üzrəində nəzarəti sərtləşdirir. Səhiyyə Nazirliyindən Trend ə verilən məlumata görə, hazırki anda bazar iqtisadiyyatı şərtilərinə müvafiq olaraq müxtəlif dərman preparatlarının qiymətləri sərbəstdir.

"Lakin yaxın vaxtlarda Səhiyyə Nazirliyinin İnnovasiya və İəminat Mərkəzi müvafiq təşkilatlar qarşısında bununla bağlı məsələ qaldırıb" - deyə dövlət strukturundan bildirilib.

Bundan əlavə, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq sərəncamına əsasən, .lkənin əczaçılıq sahəsində lisenziyalaşdırma yuxarıda adı çəkilən mərkəz tərəfindən həyata keçiriləcək.

"Bu işlərə çox qısa bir müddətdə başlamaq planlaşdırılıb və lisenziyaların verilməsi prosesində bü müəssisələrin müəyyən standartlara uyğun gəlməsi şərtləri xüsusilə nəzərə alınacaq" - deyə Səhiyyə Nazirlimyindən bildirilib.

Bununla yanaşı, Nazirlimkdən həmçinin, bildirilib ki, indiyə kimi tibbi alətlərin, preparatların istehsalı ilə bağlı hər hansı bir sorğu daxil olmayıb.

"Sadalanan tibbi məhsulların istehsalı ilə məşğul olmaq istəyənlər qarşısında beynəlxalq standartlara müvafiq gəlməklə bağlı ciddi tələblər qoyulacaq" -deyə Nazirlikdən bildirilib.

Səhiyyə Nazirliyi tərəfindən 30 növdən artın preparatın Axzərbaycanda idxalına artıq qadağa qoyulub. Eləcə də Bakıdakı 215 aptekdə bir sıra normativ aktlar, eləcə də dərman preparatlarının anbarlarda düzgün olmayana şəraitdə saxlanılması, aptek işçiləri arasında əczaçıların olmaması kimi pozuntulara yol verildiyi aşkar edilib. Nəticədə 98 aptekin fəaliyyəti dayandırılıb. Həmçinin, 43 aptekin qanunsuz fəaliyyət göstərməsi barədə fakt aşkar edilib ki, onlardan 2-nin zirzəmidə yerləşməsi üçün fəaliyyəti qadağan edilib, digərlərinə isə xəbərdarlıq edilib. Analoji tədbirlər digər apteklərdə və respublikada dərman preparatlarının topdansıtışı ilə məşğul olan müəssisələrdə də həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti