...

UEFA Azərbaycan və Ermənistan yığmalarının neytral meydançada qarşılaşmasının mümkünyü ilə bağlı məsələni hələ nəzərdən keçirmir

Cəmiyyət Materials 11 Fevral 2006 13:06 (UTC +04:00)

UEFA Avro-2008-in seçmə turniri çərçivəsində Azərbaycan və Ermənistan arasında matçların neytral meydançada keçirilməsinin mümkünlüyü ilə bağlı məsələni hələ nəzərdən keçirmir.

Trend in regnum. ru saytına istinadən xəbər verdiyi kimi, Brüsseldə "A" qrupunun təqviminin müzakirəsində iştirak etmiş Avropa Futbol Birliyinin nümayəndələri bu məsələ ilə bağlı heç bir bəyanatla çıxış etməyib. Digər məlumata görə isə AFFA və Ermənistan Futbol Federasiyası görüşlərin üçüncü ölkədə keçirilməsi ilə bağlı razılığa gəlib. Cədvələ əsasən, sentyabrın 8-də Şahin Diniyevin yetirmələri Bakıda Ermənistana qarşı görüş keçirəcək. 4 gündən sonra isə onlar bu dəfə ev sahibi olan Ermənistan yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, Portuqaliya, Serbiya, Polşa, Finlandiya, Belçika və Qazaxıstan da Avro-2008-in finalına iki vakansiya uğrunda mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti