Moskvada Aeroflot mükafatları uğrunda keçirilən beynəlxalq şahmat festivalının 6-cı turunda A1 turnirində çıxış edən azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov polşalı şahmatçı R.Kempinski üzərində parlaq qələbə qazanıb.
Trend in xəbər verdiyi kimi, bu qələbədən sonra Şəhriyar aktivinə 6 mümkün xaldan 4.5 xal yazdırıb və turnir cədvəlində ikinci yerdə qərarlaşıb. O, ukraynalı qrossmeyster P.Elyanovdan yarım xal geridədir.