...

Azərbaycan məhkəməsi sahəsindəki problemlər İşçi Qrupunun görüşündə müzakirə olunacaq

Cəmiyyət Materials 17 Fevral 2006 14:53 (UTC +04:00)

Mart ayının birinci yarısında Avropa Şurası - Azərbaycan nümayəndələrindən ibarət İşçi Qrupun Bakıda planlaşdırılan görüşündə Azərbaycan məhkəməsi sahəsindəki problemlər müzakirə olunacaq. Bu barədə Trend ə Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov məlumat verib.

İclasın əsas mövzuları Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixdə imzaladığı "Azərbaycan Respublikasında Məhkəmə Sisteminin Müasirləşdirilməsi" ilə əlaqədar fərmanından irəli gələn məsələlər, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin imtahanları, hazırkı hakim korpusunda çalışanların hakimlik fəaliyyətinin qiymətlənliriməsi və Hakimlərin Etik Davranış Kodeksisinin hazırlanması məsələlərinə həsr olunacaq və konkret layihələr ətrafında fikir mübadilələri aparılacaq.

İclasda Azərbaycan və avropalı ekspertlər tərəfindən Avropa Hakimlərinin Məşvərətçi Şurasının tövsiyyələrinə uyğun şəkildə hazırlanmış Azərbaycan Məhkəmə Hakimlərinin Etik Davranış Kodeksi təsdiqlənəcək və hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsi ərəfəsində rəsmən qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti