...

Martin 10-da teatr günü qeyd olunacaq

Cəmiyyət Materials 20 Fevral 2006 18:12 (UTC +04:00)

Hər il olduğu kimi, bu il də Teatr Günü təntənli şəkildə qeyd olunacaq. Martın 10-da Teatr Xadimləri İttifaqında Azərbaycan Teatrının yaranmasının 133 illiyi ilə əlaqədar tədbir keçiriləcək.

İttifaqdan Trend ə verilən məlumata görə, Azərbaycan Teatr Günü münasibətilə, artıq ənənəvi şəkil alan, teatr sahəsində çalışan insanların mükafatlandırılması mərasimi təşkil olunacaq.

Qeyd edək ki, Teatr Xadimləri İttifaqında keçiriləcək tədbirdə mükafatlandırılacaq teatr xadimləri İlham Rəhimlinin, Şəfiqə Məmmədovanın, Yaqub Əliyevin və Şövqi Hüseynovun təmsil olunduğu münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti