...

Milli Teleradio Şurası telekanallara bəzi qadağalar qoyan xüsusi Qaydalar hazırlayıb

Cəmiyyət Materials 28 Fevral 2006 17:36 (UTC +04:00)

Azərbaycan Milli Televiziya və Radio Yayımı Şurası yetkinlik yaşına çatmayan uşaqların fiziki və mənəvi hüquqlarının qorunması barədə Qaydalar hazırlayıb. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Bu bildirib ki, həmin Qaydalar televiziya kanallarında yayımlanan verilişlərdə bəzi məhdudiyyətlər qoyacaq. Məsələn, erotik, qorxulu filmlər, həmçinin ciddi əhəmiyyətli, lakin uşaqların psixikasına mənfi təsir göstərə biləcək əməliyyatları əks etdirən süjetlər axşam saat 23.00-dan sonra göstərilməlidir. Qaydalara görə, kobud, ədəbsiz ifadələrin işləndiyi və çoxluq təşkil etdiyi filmlər də yalnız gecə saatlarında nümayiş etdirilə bilər. Bundan başqa xəbərlər proqramlarında tez-tez göstərilən meyidlər, xüsusi qəddarlıqla öldürülmüş insan cəsədləri uşaq psixikasına pis təsir göstərə bilər və bunların nümayişi də qadağan ediləcək.

N.Məhərrəmli bildirib ki, artıq mart ayının əvvəlində Qaydalar qəbul olunacaq və televiziya kanallarına göndəriləcək: "Buna əməl olunub-olunmaması ilə əlaqədar Teleradio Yayımı haqqında qanunun bizə verdiyi imkanlar çərçivəsində tədbirlər görəcəyik. Qaydalara əməl etməyən kanala əvvəlcə xəbərdarlıq ediləcək, yenə əməl etməsə cərimələnəcək. Bu tədbir də nəticə verməsə biz həmin kanalın bağlanması üçün məhkəmə müraciət edəcəyik. Kanalın əvvəlcə müvəqqəti, sonra isə daimi bağlanlanması tələb olunacaq"-deyə N.Məhəmmərli qeyd edib. O, bildirib ki, kanallara tətbiq olunan hər bir cərimənin miqdarı köhnə pulla bir milyon 600 min manatdır.

Xəbər lenti

Xəbər lenti