Qadınlardan ibarət "AzərReyl" voleybol klubunun məşqçilər qərargahı oyunçuları qısamüddətli məzuniyyətə buraxıb.
Milli Federasiyadan Trend ə verilən məlumata görə, klubun Çempionlar Liqasında çıxışları başa çatan kimi kollektivin məşqçisi Faiq Qarayev voleybolçulara istirahət verməyi qərara alıb. Xatırladaq ki, Çempionlar liqasında "AzərReyl" finala qədər gəlib çıxmışdı. İrəlidə voleybolçularımızı məsuliyyətli yarışlar gözləyir. Mövsümün əsas oyunu isə payızda Yaponiyada keçiriləcək dünya çempionatı olacaq. Bu yarışda komanda uğurla çıxış etmək əzmindədir.
Voleybolçuların məzuniyyətinin martın sonunadək davam edəcəyi gözlənilir.