...

Azərbaycan hakimlərinin Cənubi Karolinaya səfəri başa çatıb

Cəmiyyət Materials 24 Mart 2006 14:21 (UTC +04:00)

Azərbaycanın Ədliyyə Nazirliyinin nümayəndələrindən və hakimlərdən ibarət qrupun məhkəmə etikası və administrasiyası üzrə tədris proqramı çərçivəsində ABŞ-ın Cənubi Karolina ştatına səfəri başa çatıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilati-Analitik İdarəsinin rəisi Azər Cəfərov məlumat verib.

A.Cəfərovun sözlərinə görə, 9 hüquqşünasımızın səfərində məqsəd həmin ölkənin ədliyyə və məhkəmə sistemi ilə tanışlıq, ədliyyə və məhkəmə sahəsində təcrübə toplamaqdan ibarət olub. Səfər çərçivəsində nümaynədə heyəti həmin ölkənin Ali və Federal məhkəmələrinin sədrləri, o cümlədən Çarlston və Kolumbiya şəhərlərinin rəhbərləri ilə görüşlərdə iştirak edib, məhkəmə proseslərində müşahidələr aparıblar.

"Azərbaycanda məhkəmə etikası ilə bağlı müzakirələrin aparıldığı bir zamanda hüquqşünaslarımızın ABŞ məhkəmə təcrübəsinə yiyələnməsi müsbət haldır. Nümaynədə heyətimizin səfərini yaddaqalan edən amillərdən biri də hakimlərimizin Cənubi Karolinanın kütləvi informasiya vasitələrində məhkəmə hakimiyyəti mövzusunda çıxışları olub" - deyə A.Cəfərov bildirib.

Xəbər lenti

Xəbər lenti