...

AFFA UEFA-nın qətnaməsini imzalayıb

Cəmiyyət Materials 24 Mart 2006 16:00 (UTC +04:00)

AFFA UEFA-nın tərkibinə daxil olan digər milli Assosiasiyalarla birlikdə təşkilatın Budapeştdə keçirilmiş XXX Konqresində xüsusi qətnaməni qəbul edib.

Trend in xəbər verdiyi kimi, UEFA-nın prinsipləri, futbolçuların çıxışları ilə bağlı klubların öhdəlikləri, Avropa futbolunda həmrəylik və idman dəyərləri kimi məsələlərin öz əksini tapdığı sənəd UEFA-ya üzv olan 52 dövlətin nümayəndələri tərəfindən qəbul olunub.

Qətnamənin qəbul edilməsi "Şarlerua" klubunun FİFA-ya qarşı qaldırdığı iddia üzrə dinləmələrin başlanmasına cavab olub. Klub dünya futbolunun əsas orqanını məhkəməyə verib, belə ki, klubun oyunçularından biri yarışdan milli yığmaya zədə ilə qayıdıb. Bununla əlaqədar "Şarlerua" Belçikanın futbol Federasiyası tərəfindən təzminatın verilməsi tələbi ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti