...

Martın 30-31-də Vyanada ATƏT-in insan haqları ilə bağlı müşavirəsi keçiriləcək

Cəmiyyət Materials 25 Mart 2006 13:33 (UTC +04:00)

2006-cı il martın 30-31-də Vyanadakı Hofburq sarayında ATƏT-in "İnsan haqları üzrə hüquq müdafiəçiləri və milli institutlar: qanunverici, dövlət və qeyri-dövlət aspektləri" mövzusunda beynəlxalq müşavirəsi keçiriləcək. Trend bildirir ki, tədbirdə təşkilatın üzvü olan bütün 55 ölkənin nümayəndələri iştirak edəcək.

İclasın iştirakçıları insan haqları üzrə hüquq müdafiəçiləri və milli institutların insan hüquqlarının müdafiəsi və genişləndirilməsindəki rolunu müzakirə edəcək. Sessiyanın ilkin gündəliyində qeyd olunur ki, ATƏT insan haqları üzrə hüquq müdafiəçiləri və milli institutlarla təşkilatın müxtəlif sənədlərində əks olunmuş öhdəliklərə əsaslanan uzunmüddətli əlaqələr saxlayır.

İclasda həmçinin aşağıdakı məsələlər müzakirə olunacaq: ATƏT-in iştirakçısı olan dövlətlərdə mövcud olan qanunvericilik birliyin azadlığına lazımi zəmanət və dinc toplantılar keçirilməsi hüququ verirmi? Bunlar praktikada necə həyata keçirilir? Hüquq-mühafizə orqanları birlik azadlığı və dinc toplantılar keçirilməsi hüququnun maneəsiz həyata keçirilməsini təmin etmə və yardım göstərilməsi ilə bağlı öz öhdəliklərini yerinə yetirirmi?

Azərbaycanın ombudsman aparatının mətbuat xidmətindən Trend ə bildirilib ki, ölkənin insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova tədbirdə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti