...

Aprelin 1-də "İlin hüquqşünası" mükafatının təqdimetmə mərasimi keçiriləcək

Cəmiyyət Materials 29 Mart 2006 14:37 (UTC +04:00)

Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən təsis olunan "İlin hüquqşünası" mükafatının aprelin 1-də təqdimetmə mərasimi keçiriləcək. Bu barədə Trend ə Avrasiya Hüquqşünaslar Assosiasiyasının prezidenti Nadir Adilov məlumat verib.

O, bildirib ki, hüquqşünaslara bu mükafat hüquq sahəsində göstərdiyi xidmətlərə görə verilir. N.Adilovun sözlərinə görə, mükafatın qalibi artıq məlumdur və onu təqdimat mərasimində elan edəcəklər. Təqdimat mərasimi aprelin 1-də saat 16.00-da "Sultan" restoranında təşkil olunacaq.

Nadir Adilov onu da deyib ki, sentyabr ayında Dünya Qadın Hüquqşünaslarının Beynəlxalq Bakı Konfransı keçiriləcək. Konfrans sentyabrın 9-dan 13-dək olacaq.

Xəbər lenti

Xəbər lenti