...

Azərbaycanın daha iki ali təhsil müəssisəsi türkiyəli abituriyentlərə tövsiyə olunub

Cəmiyyət Materials 30 Mart 2006 16:41 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycanın daha iki ali təhsil müəssisəsi - Azərbaycan Milli Konservatoriyası və Sumqayıt Dövlət Universiteti türkiyəli abituriyentlərə tövsiyə olunan universitetlər siyahısına daxil edilib. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Bu qərar Türkiyənin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul olunub.

Daha əvvəl isə siyahıya Azərbaycan Memarlıq və İnşaat Universiteti daxil edilmişdi. Bu siyahıya Azərbaycanın cəmi 14 ali təhsil müəssisəsi daxildir. Xatırladaq ki, hazırda respublikanın ali təhsil müəssisələrində 1000-dək türkiyəli tələbə təhsil alır.

Xəbər lenti

Xəbər lenti