...

Oqtay Şirəliyev: Səhiyyə Nazirliyi 25 tibb müəssisəsində tikinti-təmir işləri həyata keçirəcək

Cəmiyyət Materials 30 Mart 2006 17:20 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi Bakı qəsəbələrinin sosial-iqtisadi inkişaf proqramı çərçivəsində 25 tibb müəssisəsində tikinti, təmir-bərpa işləri həyata keçirəcək. Trend in xəbər verdiyi kimi, bu barədə martın 30-da səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

Onun sözlərinə görə, ölkə prezidenti İlham Əliyevin dəstəyi ilə respublika ərazisi üzrə həyata keçirilən xüsusi proqrama əsasən, 19 tibb müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər görüləcək.

Nazir bildirib ki, 2006-cı ilin sonunadək Zabrat qəsəbəsi ərazisində 25 çarpayılıq xəstəxananın tikintisinin başa çatdırılması planlaşdırılır.

Bundan başqa, Səhiyyə Nazirliyinin müraciəti əsasında prezidentin sərəncamı ilə yararsız vəziyyətdə olan Klinik tibb mərkəzinin təmiri üçün vəsait ayrılıb. Təmir işləri iki mərhələdə aparılacaq. Əvvəlcə 4 iri korpus təmir olunacaq və bu işlər ilin sonunda başa çatacaq.

Xəbər lenti

Xəbər lenti