...

Ramil Səfərovun Hüquqlarını Müdafiə Komitəsi etiraz aksiyalarına başlayacaq

Cəmiyyət Materials 13 Aprel 2006 18:48 (UTC +04:00)

Ramil Səfərovun hüquqlarını Müdafiə Komitəsi Budapeşt şəhər məhkəməsinin aprelin 13-də R.Səfərova çıxardığı hökmə etiraz olaraq aksiyalara başlayacaq. Bu barədə Trend ə Müdafiə Komitəsinin üzvü, Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı məlumat verib.

Qeyd edək ki, Budapeşt şəhər məhkəməsi erməni zabitini qətlə yetirməkdə təqsirləndirilən Ramil Səfərovun ömürlük həbs cəzasına məhkum olunması barədə qərar çıxarıb. Akif Nağı bildirib ki, bu hökmü ən ədalətsiz bir qərar kimi qiymətləndirir: "Bir daha sübut olundu ki, Budapeşt şəhər məhkəməsi pul müqabilində ermənilərə satıldı. Hesab edirik ki, haqq-ədalət olmayan bir məhkəmədən apellyaisya şikayəti verməyin mənası yoxdur, çünki Macarıstan məhkəmələri ermənilər tərəfindən satın alınıb. Biz bu ədalətsiz qərara qəti şəkildə etiraz edir və elə bu gündən etiraz aksiyalarnıa başlamağı planlaşdırırıq"-deyə A.Nağı bildirib.

O, qeyd edib ki, sabah - aprelin 14-də Bakıda bir neçə yerdə etiraz aksiyaları keçiriləcək. Bu gün isə Şəhidlər Xiyabanına yaxın yerlərdə toplanıb etiraz nümayişləri təşkil etmək niyyətindədirlər. QAT sədrinin sözlərinə görə, etiraz tədbirləri davamlı şəkildə olacaq və aprelin 14-də isə Müdafiə Komitəsi bəyanat və müraciətlər yayacaq.

Xəbər lenti

Xəbər lenti