...

Əfv Komissiyasının iclasında həbsdə olan "Qarabağ partizanları"nın da məsələsinə baxılacaq

Cəmiyyət Materials 25 Aprel 2006 17:30 (UTC +04:00)

Yaxın günlərdə keçiriləcək Prezident Yanında Əfv Komissiyasının iclasında "Qarabağ partizanları"nın da məsələsinə baxılacaq. Bu barədə Trend ə Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı məlumat verib.

A.Nağı bildirib ki, Siyasi Məhbus Məsələləri üzrə İşçi Qrupun aprelin 5-də keçirilmiş toplantısında partizanlarla bağlı məsələ müzakirə olunub. Bundan əlavə, məhkumların valideynləri və onların hüqüqlarını müdafiə komitəsinin üzvləri Milli Məclisin, Əfv Komissiyasının üzvləri ilə görüşlər keçirirlər.

"Məhkum olunmuş partizanların ümui sayı 22 nəfər olub. Onlardan 9-u Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb. Bu ilin yanvar ayında prezidentin son əfv fərmanıyla isə daha iki partizan həbsdən azad edilib. Beləliklə də, həbsdə qalan partizanların sayı hazırda 11 nəfərdir. Ümid edirik ki, may ayında imzalanması gözlənilən növbəti fərmanla daha bir neçə partizan azadlığa buraxılacaq" - deyə A.Nağı bildirib.

Hüquq müdafiəçiləri Çingiz Qənizadə və Murad Sadəddinov da "Qarabağ partizanları"nın əfvə düşmək ehtimalının yüksək olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti