...

Azərbaycan və ÜST saxta dərman preparatları ilə birgə mübarizə aparacaq

Cəmiyyət Materials 26 Aprel 2006 18:15 (UTC +04:00)

Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) saxta və keyfiyyətsiz dərman preparatları ilə birgə mübarizə aparacaq. Trend in verdiyi məlumata görə, bu barədə aprelin 26-da ikigünlük rəsmi səfərlə Bakıda olan ÜST-nın baş direktoru Çon Vuk Li bəyan edib.

Onun sözlərinə görə, ilkin razılaşma ölkənin rəhbər şəxsləri ilə, o cümlədən, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə görüşü zamanı əldə olunub.

"Bu dünyanın bütün ölkələrinin ən mühüm problemlərindən biridir. Bu gün bir çox ölkələrdə saxta və keyfiyyətsiz dərman preparatlarının apteklərdə səviyyəsi 30% təşkil edir və buna qarşı yekdil mübarizə aparılması çox vacibdir", - deyə o qeyd edib.

Səhiyyə Nazirliyinin rəhbəri Oqtay Şirəliyev hazırda Azərbaycanda ölkənin apteklərində dərman preparatları üzərində çox ciddi nəzarətin olduğunu qeyd edib.

"Əvvəllər Nazirlik tərəfindən verilnə müddətsiz lisenziyaların verilməsi dayandırılıb və bütün dərman preparatlarının siyahısı yaradılıb. Bütünülükdə bu işlər lazımi səviyyədə təşkil edilib", - deyə nazir şərh edib.

Xəbər lenti

Xəbər lenti