...

Qırğızıstanın paytaxtı Bişkekdə Heydər Əliyevin abidəsi qoyulacaq

Cəmiyyət Materials 4 May 2006 19:43 (UTC +04:00)

Bu yaxınlarda Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycanın eks-prezidenti Heydər Əliyevin abidəsi qoyulacaq. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Artıq bu məqsədlə bir il əvvəl fəaliyyətə başlayan "Heydər Əliyev siyasətinin dəstəklənməsi və inkişafı" İctimai Fondunun təşəbbüsü ilə Bişkek şəhər merinin sərəncamına uyğun olaraq şəhərin mərkəzində (Razzakov və Toktoqul küçələrinin kəsişdiyi yerdə) müvafiq torpaq sahəsi də ayrılıb.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Füzuli Nəcəfov Qırğızıstan Respublikasında ezamiyyətdə olub və ümummilli liderin abidəsinin açılması ilə bağlı görülən işlərlə maraqlanıb. O, həm də "Heydər Əliyev siyasətinin dəstəklənməsi və inkişafı" ictimai fondunun sədri Nüsrət Məmmədov və fondun nümayəndələri ilə görüşüb. Görüşdə fondun fəaliyyətinin genişləndirilməsi, iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafında rolunun artırılması, Azərbaycan həqiqətlərinin Qırğızıstan ictimaiyyətinə çatdırılması sahəsində görüləcək işlər, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması il bağlı bir sıra məsələlər müzakirə edilib.

Dövlət Komitəsinin əməkdaşı Qırğızıstan Prezidentinin sərəncamı ilə bu yaxınlarda yaradılmış "Dahi şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı" Komissiyanın sədri, Dövlət katibi D.Sarıqulovla da görüşüb. Görüşdə Azərbaycan diasporunun Qırğızıstanın ümumi inkişafında və dövlətlərimiz arasındakı münasibətlərin möhkəmlənməsində rolu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. D.Sarıqulov bu il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayı ilə bağlı təəssüratlarını bölüşüb, Azərbaycanda ona göstərilmiş qonaqpərvərliyə görə bütün Azərbaycan xalqına minnətdar olduğunu qeyd edib. Dövlət katibi Azərbaycanla bağlı təəssüratlarını qırğız xalqı ilə bölüşmək üçün "Azəri" İctimai Birliyinin və Qurultay nümayəndələrinin iştirakı ilə Qırğızıstan Xalqlar Assambleyasının binasında mətbuat konfransı keçirərək, bütün kütləvi informasiya vasitələrinə ətraflı məlumat verdiyini bildirib. Qırğızıstanın dövlət katibi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının u
ğurlu nəticələrini, ölkəmizin iqtisadi və siyasi nailiyyətlərini yüksək qiymətləndirdiyini qeyd edib.

D.Sarıqulov həmçinin Qırğızıstanda yaşayan azərbaycanlıların ölkənin ictimai siyasi həyatında daha fəal iştirakını təmin etmək məqsədilə Bişkek şəhərində Azərbaycan evinin tikilməsi barədə soydaşlarımızın təşəbbüsünün Qırğızıstanın dövlət və hökumət rəsmiləri tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti