...

Əli İsmayılovun döyüşü mayın sonuna keçirilib

Cəmiyyət Materials 12 May 2006 12:49 (UTC +04:00)

Peşəkar boksçu Əli İsmayılovun mayın əvvəlinə planlaşdırılmış növbəti reytinq döyüşü ayın sonuna keçirilib.

Azərbaycan yığmasının keçmiş kapitanının Trend ə verdiyi məlumata görə, əvvəlcə onun mayın 5-də Sankt-Peterburqda rinqə çıxacağı nəzərdə tutulurdu, ancaq təşkilatçılar planları dəyişdirib.

"Görüşü təxminən mayın 24-25-də keçirəcəyim gözlənilir. Ancaq rəqibimin adı hələlik məlum deyil. Böyük ehtimal var ki, bu, rusiyalı boksçu olacaq",- deyə Ə.İsmayılov nəzərə çatdırıb.

O, həmçinin, qeyd edib ki, döyüşə yaxşı formada getmək üçün hazırda məşq edir.

Xəbər lenti

Xəbər lenti