İyunun 4-5-də Moskvada keçirilməsi planlaşdırılan dini liderlərin ümumdünya sammitinə hazırlıq gedir. Bu barədə Trend ə Qafqaz müsəlmanları İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, görüşün təşəbbüskarı Rusiya Pravoslav Kilsəsinin rəhbəri, Rusiya və Moskva patriarxı II Aleksidir. Bu forumun keçirilməsi ilə bağlı məsələyə Rusiya prezidenti Vlpdimir Putinin Azərbaycanın dini icmalarının rəhbərləri ilə görüşü zamanı da toxunulmuşdu. V.Putin Rusiya Pravoslav kilsəsi rəhbərinin bu ideyasını dəstəkləmişdi.
Qeyd edək ki, forum çərçivəsində dini tolerantlıq, regionda və bütün dünyada sülh və sabitliyin bərpası üçün dinin rolu, eləcə də dinlər arasında dialoqun aparılması məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Forumda Qafqaz müsəlmanlarının dini liderinin, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadənin iştirakı planlaşdırılır. Gözlənildiyinə görə, forum çərçivəsində şeyxülislam gürcü və erməni kilsələrinin rəhbərləri ilə də görüşəcək.