...

Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında aministiya aktı hazırlanır

Cəmiyyət Materials 2 İyun 2006 12:18 (UTC +04:00)

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında aministiya aktının ilkin layihəsi hazırlanıb. Bu barədə Trend ə adıçəkilən komissiyadan bildiriblər.

Qeyd edək ki, aministiya və əfvin verilməsi ilə bağlı Milli Məclisin yaz sessiyasında millət vəkilləri məsələ qaldırmışdılar. Spiker Oqtay Əsədov Milli Məclisin müvafiq komissiya və şöbələri tərəfindən bu istiqamətdə iş aparıldığını vurğulamışdı.

Komissiyadan bildiriblər ki, bu ilin sonuna kimi aministiyanın olunacağı istisna edilmir. Aministiya ilə bağlı sənəd hüquqi siyasət və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynovun rəhbərliyi ilə hazırlanıb. Ancaq sənəddə bir sıra detalların dəqiqləşdirilməsinə ehtiyac olduğundan sənəd üzərində yenidən iş aparılacaq. Sənəd tam hazır olduqdan sonra layihə Milli Məclisə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti