...

Almaniya səfirliyi azərbaycanlı tələbə və alimlərə 260 min avro təqaüd ayıracaq

Cəmiyyət Materials 16 İyun 2006 13:14 (UTC +04:00)

Almaniya səfirliyi azərbaycanlı tələbə və alimlərə 260 min avro məbləğində təqaüd ayıracaq.

Almaniyanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, növbəti tədris ilində azərbaycanlı tələbə və alimlər bu təqüd hesabına dilin təkmilləşdirilməsi üzrə kurslarda işirak edəcək, magistraturada təhsillərini başa vuracaq və tədqiqatları davam etdirəcək.

İyunun 20-də "Kapelhauz" Alman-Azərbaycan mədəniyyət mərkəzində təqaüd haqqında şəhadətnamənin verilməsi mərasimi keçiriləcək. Mərasimdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, Almaniyanın ölkəmizdəki səfirinin müavini Karsten Mayer-Vifhauzen və universitet rektorları iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti