...

İsveç təcrübəsi əsasında Azərbaycanda ilk İnformasiya Texnologiyaları Universiteti yaradılacaq

Cəmiyyət Materials 17 İyun 2006 13:15 (UTC +04:00)

İsveç təcrübəsi əsasında Azərbaycanda ilk dəfə olaraq İnformasiya Texnologiyaları Universiteti yaradılacaq. Bu barədə Trend ə Azərbaycan-İsveç Elm və Araşdırmalar Mərkəzinin rəhbəri Bəhram Atabəyli məlumat verib.

Qeyd edək ki, İsveçin Hotenburq şəhərində yaşayan azərbaycanlı Bəhram Atabəyli bu ölkənin Elmlər Akademiyasında laborotoriya müdiri vəzifəsində çalışır. O, 2004-cü ilin dekabr ayından etibarən Azərbaycanda ilk informasiya texnologiyaları universitetinin yaradılması layihəsi üzərində işləyir. B.Atabəyli Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinə belə bir layihə təqdim etdiyini deyib. Sözügedən universitetin təsis olunması üçün artıq idarə heyəti yaradılıb. İdarə heyətinə Bəhram Atabəyli, İsveçin İnformasiya Universitetinin rektoru, həmçinin Azərbaycanın Təhsil və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri daxildirlər. B.Atabəylinin sözlərinə görə, Azərbaycanda bu institutunun 2007-ci ildə yaradılması nəzərdə tutulub.

İnformasiya texnologiyaları sahəsi üzrə ilk ali məktəbin təhsil, tədris və tədqiqat sisteminin, dərsliklərinin, proqramlarının hazırlanması üçün İsveç və Azərbaycan akademiyalarından nümayəndələr işləyirlər. B.Atabəylinin sözlərinə görə, universitetin səhmlərinin 50 faizə yaxını dövlətin, qalanları isə özəl şirkətlərin olacaq: "Universitetin platformasının təşkil olunmasında İsveç təcrübəsindən istifadə ediləcək. Bu, bizim layihədir, amma Universitet Azərbaycanın təhsil sisteminə daxil olacaq. İngiliscə adı "Caspian İnternational University of İnformation Technology" ("Kaspian" İnformasiya Texnologiyaları Universiteti) adlanacaq. Bu, strateji baxımdan önəmli bir proyektdir. Bu proyektə gələcəkdə böyük fondları cəlb etmək, daha iri miqyaslı işlər görmək üçün universitetə regional ad veririk. Yəni, "Caspian" regionda informasiya texnologiyaları sahəsi üzrə ilk universitet olacaq və həm də başqa ölkələrdən təhsil almaq üçün bura tələbələr gələcəklər. Təhsil sistemi Avropa standartlarına uyğunlaşdırılacaq və təhs
il müddəti 8 il olacaq. 3 il bakalavr, sonra 2 il magistr, sonda isə 3 il doktorluq pilləsi olacaq. Bakalavr pilləsində təhsil əsasən Azərbaycan dilində, lakin magistr və doktorluqda isə ingilis dilində olacaq".

Xəbər lenti

Xəbər lenti