...

Ekologiya Nazirliyi ağacların qanunsuz qırılması faktı aşkarlayıb

Cəmiyyət Materials 23 İyun 2006 19:20 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların qanunsuz qırılması faktı ilə mübarizə tədbirlərini davam etdirir. Trend agentliyi nazirliyə istinadən xəbər verir ki, analoji fakt Bakı şəhəri, Nəsimi rayonunda qeydə alınıb. Tikinti işləri nəticəsində naməlum şəxslər tərəfindən müxtəlif növ 72 ədəd ağacın kəsilərək məhv edilməsi faktını aşkarlayan mütəxəssislər müvafiq sənədləşmə işləri aparıb. Bakı şəhəri və Nəsimi rayon İcra Hakimiyyətlərinə telefonoqramlar göndərilərək, tikinti işlərinin dərhal dayandırılması və ərazinin əvvəlki görkəminin qaytarılması tələb edilib.

Eyni zamanda Bakı şəhər Baş Polis İdarəsinə və Nəsimi rayon Polis İdarəsinə müvafiq qaydada məktubla müraciət olunaraq, tikintinin qarşısının alınması və qırıntı törətmiş şəxslərin təbiətə vurduqları ziyanın əvvəzini ödəmək məqsədilə aidiyyatı üzrə tədbirlər görmələri xahiş olunub.

Ekoloqların hesablamalara görə, təbiətə 5306 manat 40 qəpik yeni manat məbləğində ziyan dəyib. Qırıntı törətmiş şəxslərin tapılacağı təqdirdə onlara qarşı iddia tətbiq olunajaq və iş üzrə rayon polis idarəsinə müvafiq qaydada məktublarla müraciət ediləcək.

Xəbər lenti

Xəbər lenti