...

Azərbaycan boksçuları Pakistanda turnirdə iştirak edəcək

Cəmiyyət Materials 8 İyul 2006 14:44 (UTC +04:00)

Azərbaycanın boksçu komandası iyulun 8-də Pakistanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Milli Federasiyadan Trend ə verilən məlumata əsasən, kollektivin tərkibinə Seymur Qurbanov (64 kq), Nicad Əkbərov (81 kq) və Azər Məmmədov (90 kq) daxildir. Azərbaycan bu yarışda daha geniş tərkibdə təmsil oluna bilərdi, lakin yığmanın bir nömrəli idmançıları hazırda Plovdində Avropa çempionatına hazırlıq məşqlərindədir. Buna görə məşqçi heyəti komandanın ehtiyat oyunçularını yoxlamaq qərarına gəlib.

Bu yarışa Beynəlxalq Həvəskar Boks Assosiasiyasının pakistanlı prezidenti Ənvər Çoudrinin də baş çəkəcəyi istisna deyil.

Xəbər lenti

Xəbər lenti