...

"İstanbulspor" Azərbaycan futbolçuları ilə maraqlanır

Cəmiyyət Materials 12 İyul 2006 12:33 (UTC +04:00)

"İstanbulspor" qarşıdakı mövsüm ərəfəsində bir sıra azərbaycanlı futbolçunu "gözaltı edib".

Trend in xəbər verdiyi kimi, komandanın baş məşqçisi, son 2 il ərzində "Turan"a başçılıq etmiş Naci Şənsoy əvvəllər onun rəhbərliyi altında respublika çempionatında çıxış etmiş oyunçuları kluba dəvət etmək niyyətindədir. Onlar arasında forvard Nadir Nəbiyev, yarımmüdafiəçi Romal Hüseynov, Camal Məmmədov və Elvin Məmmədov da var. Onu da qeyd edək ki, 1-ci Türkiyə Liqasında yerli oyunçular legioner hesab olunmur ki, bu da "İstanbulspor"un futbolçularımıza maraq göstərməsinin daha bir səbəbidir.

D.Məmmədovdan başqa bu futbolçularla bağlanmış müqavilələr hələ də qüvvədə olduğundan türklər üçün bu potensial oyunçuları almaq o qədər də asan olmayacaq.

Xəbər lenti

Xəbər lenti