...

Azərbaycan yığması FİFA-nın yeni reytinqində yüksəlib

Cəmiyyət Materials 12 İyul 2006 16:09 (UTC +04:00)

Azərbaycan yığması FİFA-nın iyul ayı üçün yeni reytinqində xeyli yüksələrək 109-cu yerdə qərarlaşıb.

Trend in xəbər verdiyi kimi, ranqlar haqqında əvvəlki cədvəllə müqayisədə komanda 3 pillə yüksəlib və aktivində 234 xal var. Bu göstərici yığmaya Suriya, Tacikistan, Yeni Zelandiya, Malta, Lixtenşteyn, Hindistan, Andorra və bir çox ölkələri geridə qoymağa imkan verir.

Reytinqdə İtaliya böyük sıçrayışla irəli gedib. Bu ölkə 11 pillə yüksələrək 2-ci yerdə möhkəmlənib. İtaliya təkcə Braziliyadan geridə qalır.

Üçüncü mövqedə isə Argentina qərarlaşıb. Onun ardınca Fransa, İngiltərə, Hollandiya, İspaniya, Portuqaliya, Almaniya və Çexiya gəlir.

Xəbər lenti

Xəbər lenti