...

Teleradio Şurasının sədri: "Bir sıra bölgələrdə yerli telekanalların və radioların açılmasına başlanılacaq"

Cəmiyyət Materials 14 İyul 2006 19:08 (UTC +04:00)

Şəki, Yevlax, Şamaxı, İmişli, Əli-Bayramlı şəhərlərində yerli telekanalların açılmasına başlanılacaq. Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

O bildirib ki, Teleradio Şurası bölgələrdə telekanalların sayının artırılmasına çalışır. Onun sözlərinə görə, adları çəkilən rayonlarda yerli telekanallar yoxdur. Ona görə də bir sıra bölgələrdə telekanalların açılması üçün tender elan olunacaq. Eyni zamanda bölgələrdə radio dalğalarının da açılması mərhələsinə başlanılacaq.

N.Məhərrəmli qeyd edib ki, bölgə və paytaxt telekanallarından bəzilərinin lisenziya müddəti hələ uzadılmayıb: "Lisenziya məsələsi həll edilməyən bir neçə teleşirkət qalıb, onların məsələsi payız aylarında həll olunacaq. Çünki hazırda yay mövsümü olduğundan hamı tətilə çıxıb. Ölkə ərazisinə yayımlanan telekanallardan ANS və "Lider" kanalının, "Avropa+" radiosunun lisenziya məsələsi həll edilməmiş qalıb. Amma hesab edirəm ki, bu məsələdə heç bir problem olmayacaq".

Xəbər lenti

Xəbər lenti