...

Azərbaycanın gənclərdən ibarət futbol yığması Özbəkistan komandası ilə oynayacaq

Cəmiyyət Materials 15 İyul 2006 12:45 (UTC +04:00)

Azərbaycanın gənclərdən ibarət futbol yığması (U-19) iyulun 15 və 17-də "Şəfa" stadionunda özbəkistanlı həmyaşıdları ilə ikiyoldaşlıq matçı keçirəcək.

Komandanın baş məşqçisi Arif Əsədovun Trend ə verdiyi məlumata əsasən, qarşıdakı görüşlər Avropa birinciliyinin seçim turnirinə hazırlıq mərhələsidir və buna görə o namizədləri yoxlamaq niyyətindədir. "Bizim geniş hazırlıq proqramımız var. Özbəklərlə yanaşı, Bakıda bir sıra kollektivlərin iştirakı ilə beynəlxalq turnirin keçirilməsi ehtimal olunur. Buna görə oyun təcrübəsində çatışmazlıq olamamalıdır" - deyə A.Əsədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti