...

Jurnalist təşkilatları sərhəd zonasında konfrans və əsgərlərlə görüş keçirəcək

Cəmiyyət Materials 17 İyul 2006 12:47 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının, İctimai Televiziyanın Yayım Şurasının nümayəndələri və sərhəd bölgələrinin qəzet yazarları hərbi hissələrdə və sərhəd zonasında əsgərlərlə görüş keçirəcəklər. Bu barədə Trend ə Mətbuat Şurasından (MŞ) məlumat verilib.

MŞ-nin Komissiya sədri İbrahim Məmmədli bildirib ki, əvvəlcə sərhəd zonasına yaxın bir yerdə regional konfrans keçiriləcək. Konfrans iyulun 18-də Tərtər rayonunda olacaq. Tədbirdə ətraf rayonların - Ağdam, Ağcəbədi, Beyləqan və digər bölgələrin mətubat nümayəndləri, icra orqanlarının təmsilçiləri iştirak edəcəklər. Tədbirin məqsədi həm 22 iyul -Milli Mətbuat Gününün qyed olunması, həm də düşmənlə sərhəd zolağında olan rayonlarda mətbuatla əlaqlərin qurulması, onların fəaliyyəti, bölgə mətbuatının paytaxtla əlaqələrinin səviyyəsi, problemlər və perspektivlər barədə müzakirələr aparmaq, bu sahədəki vəziyyəti öyrənməkdir.

Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşovun rəhbərliyi ilə qurumun nümayəndə heyəti, İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli və həmin rayonların qəzet redaktorları, jurnalistləri əsgərlərlə görüş keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti