...

Sentyabrda Belçikada Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Cəmiyyət Materials 21 İyul 2006 12:23 (UTC +04:00)
Sentyabrda Belçikada Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Bu il sentyabr ayında Belçikada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə "Belçika-Azərbaycan Evi"nin prezidenti Bülənt Gürcam məlumat verib.

"Belçika-Azərbaycan Evi" iki ildən bəri böyük bir layihə üzərində işləyir. Layihəyə əsasən, Belçikadada bir neçə günlük Azərbaycan günlərinin keçirilməsi nəzərdə tutulur. B.Gürcamın sözlərinə görə, bu proyekt barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də məlumatlıdır: "Biz Belçikada 3 günlük Azərbaycan günlərinin keçirilməsini planlaşdırırıq. Paytaxt Brüsselin mərkəzində böyük parkların birində çadırlar qurulması nəzərdə tutulur. Bu çadırlarda Azərbaycan mədəniyyətini, incəsətini, folklorunu təbliğ edən tədbirlər təşkil olunacaq. Soydaşlarmızla bərabər yerli sakinlər də buradan gəlib keçərkən tədbirlərdə iştirak edəcək, Azərbaycan barədə məlumatlar ala biləcək, mədəniyyətimizlə tanış olacaq, müsiqilərimizi dinləyəcəklər. Bu, çox böyük bir layihədir. İndiyədək tədbirin təşkili ilə bağlı malliyyə problemləri var idi, ancaq onları da həll edəcəyik"-deyə Bülənt Gürcam bildirib.

Xəbər lenti

Xəbər lenti