...

Dövlət ittihamçıları Hacı Məmmədov, Zakir Nəsirov və Kamil Sədrəddinovla bağlı ittihamları elan ediblər

Cəmiyyət Materials 21 İyul 2006 14:45 (UTC +04:00)

İyulun 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində (ACDİÜM) DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi mütəşəkkil dəstənin işi üzrə məhkəmə iclasında dövlət ittihamçıları Abdulla Yusifov və Bəşir Cəfərov Hacı Məmmədovla, Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovla və həmin idarənin keçmiş şöbə rəisi Kamil Sədrəddinovla bağlı ittihamları elan ediblər. Trend xəbər verir ki, məhkəmə iclasına ACDİÜM-nin sədr müavini, hakim Əli Seyfəliyev sədrlik edir.

Dövlət ittihamçılarının elan etdikləri ittihamlara görə, Hacı Məmmədov ibtidai istintaqa verdikləri ifadəsində serial adam oğurluqları və qətlləri Zakir Nəsirovun və Kamil Sədrəddinovun himayəçiliyi ilə həyata keçirdiyini bildirib. Onun ifadəsinə görə, Z.Nəsirov və K.Sədrəddinov həmin cinayətlərlə bağlı Baş Cinayət Axtarış İdarəsinə daxil olan məlumatlar və hazırlanan əməliyyat tədbirləri barədə informasiyaları əvvəlcədən dəstə üzvlərinə ötrübülər. Bununla da hər iki yüksək rütbəli şəxs həmin cinayətlərin ört-basdır edilməsində fəal iştirak ediblər. Bunun müqabilində isə Hacı Məmmədov adam oğurluqlarından əldə etdiyi pulu Z.Nəsirovla və K.Sədrəddinovla bölüb.

Z.Nəsirov və K.Sədrəddinovun ittihamları da mahiyyətcə eynidir. Dövlət ittihamçılarının elan etdikləri hər iki şəxslə bağlı ittihamlara görə, onlar mütəşəkkil cinayətkar bandanın 10 ilə yaxın fəaliyyəti dövrundə törədilmiş cinayət əməllərində, o cümlədən DİN Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş şöbə rəisi Azər İsmayılovun oğurlanaraq qətlə yetirilməsində yaxından iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti