Azərbacanın sərbəst güləş yığması avqustun 3-də Riqada başlayacaq veteranlar arasında dünya çempionatında iştirak edəcək.
Trend ə verilən məlumata görə, komandanın tərkibinə hərbi qulluqçular arasında dünya birinciliyinin qalibi Əsgərxan Novruzov (63 kq), mundialın bürünc mükafatçısı Rövşən Quliyev (69 kq), həmçinin, Eldar Həbibov (58 kq) daxildir. Pəhləvanlar rəqabətin kifayət gərgin keçəcəyinə baxmayaraq, mükafat uğrunda mübarizə aparmaq niyyətindədir. Ənənvi olaraq beynəlxalq arenada güclü çıxış edən Türkiyə, Bolqarıstan, Kuba, İran və Rusiya idmançılarının yarışda iştirakı gözlənilir.
Çempionatda idman karyeralarını başa vurmuş yaxın keçmişin bir sıra ulduz güləşçilərinin öz məharətlərini də göstərəcəyi ehtimal olunur.