...

Xəzəryanı ölkələr Xəzər dənizi üzrə kruizlərin layihəsini işləyib hazırlayır

Cəmiyyət Materials 3 Avqust 2006 18:35 (UTC +04:00)

Xəzəryanı ölkələr Xəzər dənizi üzrə kruizlərin layihəsini işləyib hazırlayır.

Bu barədə Trend ə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin xarici turizm şöbəsinin müdiri Elçin Qafarlı məlumat verib.

Onun sözlərinə görə, belə təşəbbüslə Türkmənistan çıxış edib. Kruizin 5 Xəzəryanı ölkəni - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanı əhatə edəcəyi planlaşdırılır. "Layihənin detalları Xəzəryanı ölkələrin turizm nazirlikləri ekspertlərinin avqustun 10-12-də Həştərxanda, avqustun 24-27-də isə Qazaxıstanın Oktau liman şəhərində keçiriləcək görüşlərində müzakirə olunacaq", - deyə E.Qafarlı bildirib.

Həştərxanda bu görüş çərçivəsində turizm sərgisi keçiriləcək. Oktauda isə festival təşkil olunacaq. Azərbaycanın hər iki tədbirdə təmsil olunacağı planlaşdırılır.

E.Qafarlı qeyd edib ki, kruizin birinci reysi informativ xarakter daşıyacaq. Bu info-tura turizm şirkətləri, o cümlədən KİV nümayəndələri dəvət olunacaq. Onun sözlərinə görə, Türkmənistan artıq kruiz üçün gəmi ayırıb. Gələcəkdə hər bir ölkə kruizlər üçün gəmi ayıra biləcək. "Bu və digər texniki məsələlər ekspertlərin qarşıdakı görüşü zamanı həll olunacaq", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti