...

Nazir Misir Mərdanov: "Bu il Ağdamda 12 yeni məktəbin açılışı olacaq"

Cəmiyyət Materials 11 Avqust 2006 17:29 (UTC +04:00)

Bu il yeni dərs ilinə qədər Ağdamda 12 məktəbin açılışı olacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov açıqlama verib.

Nazir qeyd edib ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu yaxınlarda qaçqın düşərgələrində olub və yeni məktəblərin tikilməsi barədə məlumat verib. M.Mərdanovun sözlərinə görə, Ağdam rayonu ərazisində 12 yeni məktəb binası tikilir və yeni dərs ilində məktəblərin açılışı olacaq. Bu məktəblərdə məcburi köçkünlər təhsil alacaqlar. Təhsil Nazirliyi isə həmin məktəbləri müəllim kadrlar və dərs vəsaitləri ilə təmin edəcək.

Misir Mərdanov onu da deyib ki, Azərbaycanın bəzi ucqar rayon və kənd məktəblərinin ali məktəblərə qəbul üzrə göstəriciləri çox aşağıdır: "Orta məktəblərin vəzifəsi mütləq məzunlarının ali məktəblərə qəbul olmasına nail olmaq deyil. Amma ali məktəblərə qəbulun səviyyəsi həmin məktəbdə təhsilin keyfiyyət göstəricisidir. Buna görə də ali məktəblərə qəbulda heç bir nəticələri olmayan orta məktəblər barəsində intizam tədbirləri görülür"-deyə təhsil naziri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti