...

Millət vəkili Qənirə Paşayeva ermənilərin Tovuz və Qazaxın sərhəd kəndlərində törətdikləri vandalizmlə tanış olur

Cəmiyyət Materials 12 Avqust 2006 11:52 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva avqustun 12-də Tovuz və Qazax bölgəsinə səfər edib. Bu barədə Trend ə Qənirə Paşayeva məlumat verib.

Q.Paşayeva bildirib ki, məqsədi ermənilər tərəfindən Tovuz və Qazaxın sərhəd kəndəlrində törədilən vandalizm aktları ilə yaxından tanış olmaqdır.

Qeyd deək ki, avqustun 11-də ermənilər yenidən Qazax rayonunun Fərəhli və Daş Salahlı kəndləri ilə sərhəd ərazilərdə yanğınlar törədiblər. Yanğın Fərəhli və Daşsalahlı kəndlrinə də keçib. Hər iki kəndə ciddi ziyan dəyib. Yanğınsöndürmə briqadarının səyi ilə yanğın söndürülüb.

Millət vəkili bildirib ki, bölgədə kənd camaatı ilə söhbətlər aparacaq: "Qazaxın Məzəm kəndində də olacağam. Məndə olan məlumatlara görə, bu kəndin əhalisi kisələrə qum və torpaq belə doldura bilmirlər ki, ermənilərin atəşlərindən qorunmaq üçün barrikada qursunlar". Q.Paşayeva onu da vurğulayıb ki, bölgədə ermənilərin törətdikləri vandalizm aktlarının necə və hansı şəaritdə baş verməsi, yanğınlar nəticəsində əhaliyə dəyən ziyanla bağlı toplayacağı məlumatları AŞPA-ya hazırladığı sənədə daxil edəcək.

Onu da bildirək ki, Q.Paşayeva Ermənistanın son vaxtlar atəşkəsi intensiv surətdə pozaraq işğal etdiyi Azərbaycan ərazilərindən sərhəd boyunca olan kəndlərin mülki əhalisini atəşə tutması ilə bağlı AŞPA-ya sənəd hazırlayır.

Xəbər lenti

Xəbər lenti